ATƏT Ukraynada baş verən son hadisələrdən narahatdır

00:03 | 19.02.2014
ATƏT Ukraynada baş verən son hadisələrdən narahatdır

ATƏT Ukraynada baş verən son hadisələrdən narahatdır

ATƏT-in fəaliyyətdə olan sədri Ukraynada baş verən son hadisələrlə bağlı narahatlığını ifadə edib. ATƏT-in mətbuat mərkəzindən APA-ya daxil olan məlumata görə, ATƏT-in fəaliyyətdə olan sədri, İsveçrə prezidenti Didye Burqxalter Ukrayna xarici işlər naziri Leonid Kojara ilə telefon danışığında Ukraynada bütün tərəfləri zorakılığa yol verməməyə çağırıb. “Mən Kiyevin küçələrində zorakılığın yenidən başlaması xəbərini alanda məyus oldum. Bu narahatçılıq doğuran bir xəbərdir. Mən bütün tərəfləri zorakılıqdan imtina etməyə və vəziyyəti gərginləşdirə biləcək addımlardan çəkinməyə çağırıram”, deyə, D.Burqxalter deyib. ATƏT-in fəaliyyətdə olan sədri Ukrayna hakimiyyəti və müxalifətini dialoqu davam etdirməyə  çağırıb. Bu mənada, o ATƏT-in yardımını da təklif edib: “Bütün tərəflər anlamalıdır ki, danışıqlar böhrandan çıxmaq üçün yeganə vasitədir”.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti