ATƏT-ə üzv olan 18 ölkə Ukraynanın xahişinə cavab olaraq ölkəyə 35 silahsız hərbi heyət göndərmək qərarına gəlib. Bu barədə Trend ATƏT-in rəsmi saytına istinadən xəbər verir.Sözügedən məsələ martın 4-də ATƏT-in Daimi Şurası və Təhlükəsizlik Əməkdaşlığı Forumunun birgə iclasında müzakirə olunub.Hərbi heyətin səfəri 2011-ci il Vyana Sənədinin 3-cü Fəslinə əsasən baş tutacaq ki, bu da ölkənin müraciəti əsasında bu ölkəyə səfər etməyə və fövqəladə hərbi aktivliklə bağlı məlumatlara aydınlıq gətirilməsinə imkan verir.Bu mexanizm ilk dəfə tətbiq olunur.Artıq ATƏT-ə üzv ölkələrdən Kanada, Çex Respublikası, Danimarka, Estoniya, Finlandiya, Fransa, Almaniya, Macarıstan, İrlandiya, Latviya, Litva, Norveç, Polşa, Slovakiya, İsveç, Türkiyə, Böyük Britaniya və ABŞ Ukraynanın bu istəyinə müsbət cavab verərək, hər ölkədən iki nümayəndənin göndərilməsinə qərar veriblər. ATƏT Münaqişələrin Qarşısının Alınması Mərkəzindən isə bir nümayəndə Ukraynaya səfər edəcək.Hazırda hərbi personal Ukraynaya yola düşüb.ATƏT-in baş katibi Lamberto Zannier hərbi personalın bu səfərinin Ukraynada gərginliyin azaldılmasına kömək edəcəyinə ümid edir.L.Zannierin sözlərinə görə, etimadın yaradılması və şəffaflıq ATƏT-in təhlükəsizliyə əsas yanaşma elementləri olaraq regionda münaqişələrin həlli üçün ən yaxşı yol kimi dialoqun təşviqini nəzərdə tutur.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !