Oyunda Aleksis Sançes və Dieqo Qodin fərqləniblər.
İspaniya La Liqasında sonuncu – 38-ci turun oyunları keçirilib.
Oxu.Az xəbər verir ki, turun mərkəzi qarşılaşması Kataloniyada baş tutub.
“Nou Kamp” stadionunda Madrid “Atletiko”sunu qəbul edən “Barselona” Aleksis Sançesin 33-cü dəqiqədə vurduğu qol ilə irəli çıxıb.
Lakin görüşün 49-cu dəqiqəsində Dieqo Qodin hesabı bərabərləşdirib.
Oyun 1:1 hesabı ilə başa çatıb və beləliklə də, “Barcelona” ilə üç xal fərqinə malik “Atletiko Madrid” İspaniya çempionu adını qazanıb.
Oxu.az
Bizi sosial şəbəkələrdə izləyin !