Çempionlar Liqasında yarımfinal mərhələsinə yekun vurulub.Apasport.az saytının məlumatına görə, “Atletiko” Madrid Londonda “Çelsi”yə qalib gələrək, turnirin ikinci finalçısı olub. Hesabı birinci hissənin ortalarında “Çelsi”nin hücumçusu Fernando Torres açıb. Amma fasiləyə 1 dəqiqə qalmış madridlilər cavab topu vurublar. İkinci hissənin əvvəlində “Çelsi” öz cərimə meydanında qaydanı pozub. Dieqo Kostanın zərbəsi “Atletiko”nu rəqib meydanında irəli çıxarıb. 72-ci dəqiqədə isə Arda Turanın dəqiq zərbəsi londonluların final arzularının üstündən xətt çəkib. Beləliklə, mayın 24-də Portuqaliyanın paytaxtı Lissabonda baş tutacaq finalda Madridin iki komandası – “Real” və “Atletiko” görüşəcək.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !