“Atletiko Madrid”ə görə 7 azərbaycanlı işini itirdi

00:40 | 02.11.2017
“Atletiko Madrid”ə görə 7 azərbaycanlı işini itirdi

“Atletiko Madrid”ə görə 7 azərbaycanlı işini itirdi

"Atletiko Madrid” klubunun Bakı səfəri ilə bağlı maraqlı məlumat yayılıb.


Rekord.az saytının yaydığı xəbərdə ispanların Bakı səfərindən sonra 7 azərbaycanlının işini itirməsi ilə nəticələndiyi qeyd edilir.


Sayt iddia edir ki, Madrid təmsilçisini Bakıya AZAL-a aid "Qarabağ” təyyarəsi gətirib. Heydər Əliyev Hava Limanına eniş edəndən sonra bütün xarici vətəndaşlar kimi onlar üçün ayrılan zolağa daxil olub qeydiyyatdan keçiblər.


Bu zaman hava limanında olan həmyerlilərimiz ispan futbolçulara yaxınlaşıb həm avtoqraf alıblar, həm də şəkil çəkdiriblər. Bu mənzərə isə qonaqların ürəyincə olmayıb və hava limanının rəhbərliyinə şikayət ediblər ki, sizin vətəndaşlar bizi yorur. Çünki onlar tez zamanda qeydiyyatdan keçib otelə getmək istəyirdi. Məhz bu səbəbdən hava limanının rəhbərliyi belə qərara gəlib ki, "Atletiko” futbolçuları İspaniyaya qayıdanda onları arxa qapıdan keçirib təyyarəyə yola salsınılar. Bu zaman isə hava limanında çalışan əməkdaşlar ispanlarla şəkil çəkdirmək üçün müraciət edib.


Sayt qeyd edir ki, onların sayı 7 nəfər olub. Bakıda xal itirdikləri üçün onsuz da dilxor olan Madrid futbolçuları bu durumdan qəzəblənərək yenidən hava limanının rəhbərliyinə şikayət ediblər. İspanların növbəti şikayətindən sonra isə rəhbərliyin qərarı ilə hava limanının ispanlarla şəkil çəkdirən 7 əməkdaşı işdən azad olunub. Beləliklə, "Atletiko”nun Bakı səfəri 7 azərbaycanlının işini itirməsi ilə nəticələnib.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM