Atom üzrə müfəttişlər İranda

15:29 | 08.12.2013
Atom üzrə müfəttişlər İranda

Atom üzrə müfəttişlər İranda

  Atom enerjisi üzrə beynəlxalq agentliyin (BAEA) nümayəndələri İrandadırlar. ANS PRESS-in "France Press"ə istinadla verdiiy məlumata görə, qurumun müfəttişləri bu gün səhər saatlarında Arakdakı reaktoru yoxlamağa başlayıblar. 

Müfəttişlərin səfərinin necə gün davam edəcəyi bilinmir. 

Qeyd eədk ki, daha öncə BAEA reaktorda yoxlamaların İran tərəfinin dəvəti ilə aparılacağını təsdiqləmişdi. Bu obyekt BAEA-nın siyahısındakı problemli obyektlərdən biridir. 

Noyabr ayında İran və "altılıq" ölkələri (ABŞ,Rusiya,Böyük Britaniya,Fransa,Çin, Almaniya) İranın nüvə proqramı haqında razılıq əldə ediblər. Razılaşmaya görə, İran 5 faizdən yuxarı uran zənginləşdirməyi dayandıracaq, BAEA nümayəndələrini nüvə obyektlərinə buraxacaq.

ANS PRESS

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb