ATV kanalında “Sarı gəlin” erməni mahnısı kimi təqdim edildi – VİDEO
04.11.2019 14:59
Türkiyənin "ATV” kanalı Azərbaycana qarşı böyük səhvə yol verib.
Anews.az Cebhe.info-ya istinadən xəbər verir ki, kanalda axşam saat 20:00-da efirə gedən "ATV haber” proqramında erməni əsilli Türkiyəli jurnalist, "Aqos” qəzetinin sui-qəsd nəticəsində öldürülmüş baş redaktoru Hrant Dink haqqında süjet yayımlayıb. Türkiyənin "ATV” kanalında yayımlanan süjetdə fon musiqisi kimi "Sarı gəlin” mahnısı səslənib.