ATV-nin aparıcısına vəzifə verildi

13:07 | 16.11.2019
ATV-nin aparıcısına vəzifə verildi

ATV-nin aparıcısına vəzifə verildi

ATV-nin aparıcısı Ariz Tarverdiyevə yeni vəzifə verilib.

Anews.az bildirir ki, aparıcı bu baradə "Facebook" hesabında məlumat paylaşıb. Jurnalist "AzerGold" QSC-nin mətbuat katibi təyin olunub. A.Tarverdiyevin sözlərinə görə, o, bir neçə gündür ki, vəzifəsinin icrasına başlayıb:

"Dostlar, təbrik və xoş sözlərinizə görə təşəkkür edirəm. Mənə etimad göstərib dövlətin aparıcı şirkətlərindən olan "AzerGold" QSC-nin mətbuat katibi vəzifəsinə təyin etdiklərinə görə şirkət rəhbərliyinə təşəkkür edirəm. Uzun illər çalışdığım, doğma ATV kananılın rəhbərliyinə və kollektivinə də xüsusi diqqət və anlayışa görə minnətdaram. ATV mənim üçün hər zaman doğma bir yer kimi qalacaq".

Qeyd edək ki, A.Tarverdiyev "ATV Xəbər" və "ATV Aktual" ictimai-siyasi verilişinin aparıcısı olub.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb