Auchan Rusiyanı tərk etməsi ilə bağlı xəbərləri təkzib edir

18:11 | 24.10.2024
Auchan Rusiyanı tərk etməsi ilə bağlı xəbərləri təkzib edir

Auchan Rusiyanı tərk etməsi ilə bağlı xəbərləri təkzib edir

Fransanın Auchan pərakəndə satış şirkətinin Rusiyadakı törəməsi, Auchan Retail Russia Rusiya Federasiyasındakı fəaliyyətini dayandırmaq niyyətində deyil. Bu barədə Rusiya məətbuatı məlumat verib. 

"Artıq bir neçə ildir ki, AUCHAN Retail Russia-nın satışı və şirkətimizin Rusiya bazarını tərk etməsi ilə bağlı şayiələr var, biz bunu dəfələrlə təkzib etmişik. Bu dəfə, AUCHAN Retail Russia yerli əhalinin xeyrinə Rusiya bazarında işləməyə davam edərkən, yeni məlumatlar ortaya çıxıb. Cavabımız yenə də eynidir: biz bazar şayiələrini şərh etmirik”, - Auchan bildirib.

Oktyabrın 24-də Le Figaro nəşri Auchan-ın Rusiyadakı törəmə müəssisəsini satışa çıxardığını bildirib. Materialda deyilir ki, qrup artıq iki potensial alıcı tapıb.

Nəşrin yazdığına görə, Rusiya filialının satılması qərarı pərakəndə şəbəkənin üzləşdiyi Avropa İttifaqının anti-Rusiya sanksiyaları ilə bağlı çətinliklərlə bağlı ola bilər.

Gülnar Nazimqızı 

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM