"Austrian Airlines" şirkəti 2016-cı ilin yanvarından Vyana-Bakı marşrutu üzrə uçuşları dayandırır. Bunu Trend-ə şirkətin Bakı nümayəndəliyindən deyiblər.
Vyana-Bakı-Vyana marşrutu üzrə sonuncu uçuş yanvarın 11-də həyata keçiriləcək.
Şirkətdən reyslərin dayandırılmasına səbəb kimi bu istiqamətdə tələbatın azalmasını və təyyarələrin az dolmasını göstəriblər: " Bununla belə, gələcəkdə uçuşların bərpa edilməsi də istisna edilmir".
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !