Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına müvafiq olaraq İqtisadiyyat və Sənaye Nazirliyi digər dövlət strukturları ilə birlikdə başqa ölkələrdə aviabiletlərin qiymətlərinin təhlilinə və müqayisəsinə başlayıb.
ANN.Az-ın "Trend"-ə istinadən məlumatına görə, bunu nazirlikdən deyiblər.
Nazirlikdən bildiriblər ki, Azərbaycanda və digər ölkələrdə aviabiletlərin qiymətlərinin müqayisəli təhlili aparılacaq.
Təhlilin nəticələrinə görə aviabiletlərin qiymətləri ilə bağlı müvafiq təkliflər hazırlanacaq.
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !