Avqustda zəhərlənənlərin dördü ölüb

Avqustda zəhərlənmə ilə Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə müraciət edən 103 nəfərdən 4-ü ölüb. Bu barədə KTM-dan bildirilib.
Belə ki, 34 nəfər dərmandan, 28-i sirkə turşusundan, 12-si kimyəvi maddələrdən, 1-i spirtli içkidən, 2-si fosfor üzvi birləşmələrdən zəhərlənib.
Ay ərzində xəstəxanaya 16 nəfər ilan sacması ilə müraciət edib. 7 nəfər allergik reaksiya, 2 nəfər rodensisid (siçan dərmanı ilə zəhərlənmə), 1 nəfər botulizm səbəbilə şöbəyə yerləşdirilib.
Ölən 4 nəfərin isə 2-si qadın, 2-si isə kişi olub. Onların ölüm faktı isə sirkə tursunundan zəhərlənməsi ilə bağlı olub.
Gülnar
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər