• $ 1.7
  • € 1.9811
  • ₽ 0.022291
  • ₺ 0.04
  • £ 2.2672

Avqustun 11-dən sonra nələr baş verəcək?

Avqustun 11-dən sonra nələr baş verəcək?
31.07.2018 09:52
"Avqustun 11-də Günəş tutulması baş verəcək. Qəribədir ki, 15 gün sonra, yəni avqustun 26-da heç nə olmayacaq. Bunun isə elmi əsasla sübuta yetirilməsə də, min illər ərzində müşahidə olunan nəticəsi var. Tamamlanmayan tutulma böyük hadisələrə gətirib çıxaracaq. Bunun harada baş verəcəyi ilə bağlı dəqiq məlumat verə bilməyəcəm".

Qaynarinfo xəbər verir ki, bu sözləri axar.az-a açıqlamasında tanınmış astroloq Səbuhi Rəhimli deyib. O, ötən gün bu barədə yaydığı mesajı açıqlayarkən bildirib ki, son 6 ildə tamamlanmayan tutulma baş verməyib:

"Növbəti tutulma yanvarın 15-i baş verəcək. Ona görə bu tutulmalar "açıq” qalır. Deməli, bu, dünyada istər təbii, istər ictimai-siyasi hadisələrdə mütləq özünü göstərəcək. Kosmik ahəng də pozulacaq. Bir neçə dəfə də belə hadisə baş verib. 1991-ci ildə olub: SSRİ-nin dağıldığı ərəfəyə düşüb. Daha sonra 1993-94-cü illərdə bu hadisə yaşanıb: Avropada, Şərqdə müharibə baş verib. Qədim dövrlərdə də deyiblər ki, iki tutulma arasında qlobal hadisələr, gərginliklər olur. İki tutulma arasında oksigen azalır. Hesablamalarıma görə, yaxın 2 ildə də belə hadisə baş verməyəcək. Sonuncu dəfə böyük tutulma 1999-cu ilin avqustunda baş verib. Hansı ki, həmin ərəfədə İstanbulda böyük itki ilə nəticələnən zəlzələ baş vermişdi. Bu hadisə bir də 2071-ci ildə olacaq. Belə hadisələr əsrdə bir dəfə olur. Bəzən iki əsr olmur, bəzən də bir əsrdə iki dəfə olur. Böyük tutulma qlobal, kosmik olay olduğu üçün insanları narahat edir”.

Qeyd edək ki, Səbuhi Rəhimli avqustun 11-də Günəş tutulmasının baş verəcəyi haqqında məlumat yaymışdı. O bu tutulmadan sonra Yer üzündə böyük dəyişikliklər olacağını bildirmişdi.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakıda yolun ortasında süpürgəçi qadın keçinib - FOTO
Cəmiyyət 12:32
Bakıda yolun ortasında süpürgəçi qadın keçinib - FOTO
Azərbaycanlı tanınmış dünyasını dəyişdi
Cəmiyyət 11:40
Azərbaycanlı tanınmış dünyasını dəyişdi
Azərbaycanda yüksək vəzifəli məmur rüşvət alarkən tutuldu
Cəmiyyət 10:31
Azərbaycanda yüksək vəzifəli məmur rüşvət alarkən tutuldu
Sevil Əliyeva üçün özəl gün - FOTOLAR
Cəmiyyət 10:07
Sevil Əliyeva üçün özəl gün - FOTOLAR
Nazir direktoru işdən azad etdi
Cəmiyyət 09:57
Nazir direktoru işdən azad etdi
Mətbuatdan vəzifəyə gedən məmurlar - SİYAHI
Cəmiyyət 09:51
Mətbuatdan vəzifəyə gedən məmurlar - SİYAHI
Xaricə getmək istəyənlər üçün ŞAD XƏBƏR
Cəmiyyət 09:42
Xaricə getmək istəyənlər üçün ŞAD XƏBƏR
Həsən Şirinova ağır itki
Cəmiyyət 09:25
Həsən Şirinova ağır itki
“Onunla bağlı heç nə bilmək istəmirəm” - Hacı İbrahim
Cəmiyyət 09:15
“Onunla bağlı heç nə bilmək istəmirəm” - Hacı İbrahim
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol