Qadın voleybolçular arasında 2015-ci il Avropa çempionatının II təsnifat mərhələsinin qrup oyunlarına ev sahibliyi edəcək ölkələr rəsmən açıqlanıb.
Apasport.az saytının məlumatına görə, Avropa Voleybol Konfederasiyası (CEV) növbəti dəfə Azərbaycana etimad göstərib.Belə ki, millimizin yer aldığı D qrupunun görüşlərinin II dövrəsi ölkəmizdə keçiriləcək. Qarşılaşmaların baş tutacağı şəhərin adı hələ dəqiqləşməsə də, bunun Quba olacağı da istisna deyil. Oyunlar 29 may – 1 iyun aralığında təşkil ediləcək.Qrupumuzun ilk dövrəsi Bolqarıstanda olacaq. Bu ölkənin komandası ilə yanaşı, Yunanıstan və Portuqaliyanın da yer aldığı “dördlüy”ün matçlarına isə mayın 22-də start veriləcək.Qrup qalibləri birbaşa Hollandiya və Belçikanın ev sahibliyi edəcək final mərhələsinə yüksələcəklər. İkinci yerin sahibləri isə pley-offda münasibətlərinə aydınlıq gətirəcəklər.Qeyd edək ki, CEV bu ilin əvvəlində dünya çempionatının seçmə mərhələsini də Bakıya etibar etmişdi.ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !