Futbol üzrə Avropa çempionatı üçün Bakıya gələn Uels və İsveçrə yığmalarının proqramı açıqlanıb.
AFFA-nın Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Firuz Abdullanın "Report"a verdiyi məlumata görə, Uels seçməsi "Hilton" otelində, İsveçrə isə "Bilgah Beach Hotel"də məskunlaşıb.
Britaniya təmsilçisi məşqlərini Tofiq Bəhramov adına Respublika Stadionunda, digəri isə "Dalğa Arena"da keçəcək.
Türkiyə yığması isə iyunun 12-də Bakıya gələcək. "Ay-ulduzlular" "Fairmont Bakü Flame Towers"də qalacaq, məşqlərini isə "Bakcell Arena"da gerçəkləşdirəcək.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !