AVRO-2020: İngiltərə Futbol Assosiasiyası cərimələndi

16:13 | 10.07.2021
AVRO-2020: İngiltərə Futbol Assosiasiyası cərimələndi

AVRO-2020: İngiltərə Futbol Assosiasiyası cərimələndi

UEFA İngiltərə Futbol Assosiasiyasını cərimələyib.

Buna Londondakı "Uembli" stadionunda Danimarkaya qarşı Avropa çempionatının yarımfinal oyunu zamaı yerli azarkeşlərin rəqib komandanın qapıçısı Kasper Şmeyxelin üzünə lazer işığı salması, himnə hörmətsizlik etməsi və priotexniki vasitələrdən istifadəsi səbəb olub.

Nəticədə quruma 30 000 avro cərimə kəsilib.

Qeyd edək ki, sözügedən görüşdə 2:1 hesablı qələbə qazanan İngiltərə millisi finalda İtaliya yığmasına rəqib olub.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb