AVRO-2024-ün ən yaxşı 11-liyi açıqlanıb

21:26 | 16.07.2024
AVRO-2024-ün ən yaxşı 11-liyi açıqlanıb

AVRO-2024-ün ən yaxşı 11-liyi açıqlanıb


2024-cü il futbol üzrə Avropa çempionatının ən yaxşı ilk 11-liyi açıqlanıb.Bu barədə UEFA-nın verdiyi açıqlamada bildirilib.

Açıqlamaya görə, turnirin ən yaxşı 11-liyində İspaniyadan 6 futbolçu yer alıb.

İspaniyadan başqa, İngiltərə, Fransa, Almaniya və İsveçrədən olan futbolçular da siyahıya daxil edilib.

AVRO-2024-ün ən yaxşı 11-liyini təşkil edən adlar və ölkələr aşağıdakılardır:

Mike Maiqnan (Fransa)
Kayl Uolker (İngiltərə)
Vilyam Saliba (Fransa)
Manuel Akanji (İsveçrə)
Mark Kukurella (İspaniya),
Rodri (İspaniya)
Fabian Ruiz (İspaniya)
Dani Olmo (İspaniya)
Lamine Yamal (İspaniya)
Jamal Musiala (Almaniya)
Niko Uilyams (İspaniya).

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM