Avro-3 standartının tətbiqi avtomobillərin qiymətinə təsir edəcək?

16:28 | 13.01.2014
Avro-3 standartının tətbiqi avtomobillərin qiymətinə təsir edəcək?

Avro-3 standartının tətbiqi avtomobillərin qiymətinə təsir edəcək?

Azərbaycanda Avro-3 ekoloji standartının tətbiqi ilə əlaqədar avtomobillərin idxalına məhdudiyyətlərin tətbiq edilməsi daxili bazarda avtomobillərin qiymətinə cüzi təsir edəcək. Bunu Trend-ə Əmlak Bazarı İştirakçıları İctimai Birliyinin icraçı direktoru Ramil Osmanov deyib.Onun sözlərinə görə, Azərbaycanın avtomobil parkının yenilənməsi məsələsi aktualdır və ölkədə Avro-3 standartının tətbiqi ilə həyata keçiriləcək məhdudiyyət buna xidmət edəcək: "Bazarımızın xüsusiyyətini və keçmiş təcrübəni nəzərə alsaq, avtomobillərin qiymətinə cüzi təsirlərin olacağını gözləyə bilərik. Azərbaycanın avtomobil bazarında təklifin tələbi bir neçə dəfə üstələməsi faktı da belə deməyə əsas verir".R.Osmanov qeyd edib ki, hazırda köhnə avtomobillərin dövriyyədən çıxardılması ilə avtomobil parkının yenilənməsi məsələsi də aktual olaraq qalır: "Buna köhnə avtomobillərin sahiblərinə müəyyən kompensasiya ödəməklə nail olmaq mümkündür".ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM