Əksər fond indeksləri aşağı düşüb
Noyabrın 13-də Amerika fond bazarında Dow Jones indeksi 1,16% ucuzlaşaraq 17 245,24 bənd, S&P 500 1,12% azalaraq 2 023,04 bənd, Nasdaq isə 1,54% geriləyərək 4 927,88 bənd təşkil edib.
"Report" xəbər verir ki, Avropa fond bazarlarında FTSE 100 indeksi 0,98% ucuzlaşaraq 6 118,28 bənd, Fransa CAC-40-ı 1,00% azalaraq 4 807,95 bənd, Almaniya DAX-ı isə 0,69% geriləyərək 10 708,40 bənd olub.
COMEX-də qızılın bir unsiyasının qiyməti 0,22% bahalaşaraq 1 083,40 dollar olub.
Dünya bazarında avronun dollara qarşı məzənnəsi isə 1,0773 (-0,38%) təşkil edib.
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !