Avro və qızıl sürətlə bahalaşır

10:24 | 21.08.2015
Avro və qızıl sürətlə bahalaşır

Avro və qızıl sürətlə bahalaşır

Avqustun 20-də Amerika fond bazarlarında Dow Jones indeksi 2,06% azalaraq 16 990,69 bənd, S&P 500 2,11% ucuzlaşaraq 2 035,73 bənd, Nasdaq isə 2,82% geriləyərək 4 877,49 bənd təşkil edib.

"Report" xəbər verir ki, Avropa fond bazarlarında FTSE 100 indeksi 0,56% geriləyərək 6 367,89 bənd, Fransa CAC-40-ı 2,06% azalaraq 4 783,55 bənd, Almaniya DAX-ı isə 2,34% ucuzlaşaraq 10 432,19 bənd təşkil edib.

Bu gün səhərə COMEX-də qızılın bir unsiyasının qiyməti 24,7 dollar yaxud 2,17% bahalaşaraq 1 162,60 dollar təşkil edib.

Dünya bazarında avronun dollara qarşı məzənnəsi isə 1,1281 (+1,3%) təşkil edib. "Financial Times"in xəbərinə görə, bununla da avro son 7 həftənin ən yüksək zirvəsinə çatıb. Belə ki, iyunun 30-dan sonra ilk dəfə avro 1,12 dollar həddini üstələyib və son bir ayda 3,3% bahalaşıb.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM