Avro Zona liderlərinin 16 saat davam edən Yunanıstan zirvə toplantısı ağır şərtlər qarşılığında başa çatıb.
ANN.Az xarici ölkə mediasına istinadən xəbər verir ki, lidelər ağır şərtlər qarşılığında Afinaya "Üçüncü xilasetmə paketi" mövzusunda rafzılığa gəlinib.
Avropa Şurasının prezidenti Donald Tusk səsvermədən sonra razılığa gəlindiyini elan edib. Toplantıdan sonra açıqlama verən Hollandiyanın maliyyə naziri, həmçinin "Avroqrup"a rəhbərlik edən Coren Dijsselbloem bütün tərəflərin razılığa gəlinməsi üçün səy göstərildiyini deyib: "Ən önəmli məsələ banklarla bağlıdır. Yaxın günlərdə Yunan parlamentində önəmli qanunlar səsverməyə çıxarılacaq. Çərşənbə günü dha bir avro iclaı olacaq. Həftəsonuna doğru rəsmi qərar veriləcək və qurumlar rəsmi vəzifə daşıyacaqlar".
Almaniya baş naziri Angela Merkel bütün gecə boyunca müzakirələrin davam etdiyini və ortaq məxrəcə gəlindiyini deyib. Onun sözlərinə görə, yunanlar bundan sonra Avro Zonanın etibarını yenidən inşa etməlidir: "Razılıq sənədində Yunanıstanın mövcud İMF proqramından sonra iyulun 15-dək daha önəmli addımların atılması tələb olunur. Əsas məsələ pensiya sisteminin dəyişdirilməsi ilə bağlıdır. Daha sonra maliyyə sistemində, xüsusilə də bank sisteminin fəaliyyətinin davam etdirilməsi üçün islahatlar paketinin hazırlanması istənilib.
Çərşənbə gününə qədər yunan məslici bu islahatlar paketini müzakirə edəcək, sonrakı mərhələdə "Avroqrup" bu məsələləri ələ alacaq və bundan sonra rəsmi müqavilə praktik olaraq həyata keçəcək. Biz də Avropa Parlamentinin fövqəladə iclasını çağıracayıq".
Nuray
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !