Avrokubokların 2018/2019 mövsümünə I təsnifat mərhələsindən başlayacaq Azərbaycan klublarının 44 mümkün rəqibi müəyyənləşib.
Anews.az Apasport.az-a istinadən xəbər verir ki, bu raunddan yarışa start verəcək ölkələrdən 13-nün bəzi təmsilçiləri artıq dəqiqləşib. Çempionatı başa çatan bu ölkələrdə qızıl medal qazanan komandalar Azərbaycan çempionuna mümkün rəqiblərdir.
Həmin ölkələri təmsil edən 31 klub Avropa Liqasının I təsnifat mərhələsindəki 3 komandamızın mümkün rəqibidir. Düzdür, bu 31 klubdan 4-ü - Gürcüstan və İsveç təmsilçiləri ölkə kubokunu qazansa, avrokubok sınağına növbəti mərhələdən başlayacaq.
Ümumiyyətlə, Çempionlar Liqasında 34, Avropa Liqasında 94 komanda ilk təsnifatda mübarizə aparacaq. Bu komandaların tam siyahısı payız-yaz sistemi ilə keçirilən çempionatların yekunlarına əsasən bəlli olacaq.
Avrokuboklara I təsnifat mərhələsindən başlayacaq komandalar
Çempionlar Liqası
BATE (Belarus), "Malmö" (İsveç) "Rusenborq" (Norveç), "Astana" (Qazaxıstan), "Şerif" (Moldova), "Valyur" (İslandiya), HİK (Finlandiya), "Kork Siti" (İrlandiya), "Torpedo" Kutaisi (Gürcüstan), "Spartak" Yurmala (Latviya), "Flora" (Estoniya), "Suduva" (Litva), "Vikinqur" (Farer adaları)
Avropa Liqası
"Dinamo" Minsk, "Şaxtyor" Soliqorsk (hər ikisi Belarus)*, AİK, "Yurqorden" (hər ikisi İsveç)*, "Lillestryom", "Molde", "Sarpsborq" (hamısı Norveç), "Kayrat", "Ordabası", "İrtış" (hamısı Qazaxıstan), "Milsami", "Petrokub" (hər ikisi Moldova), "Vestmannaeyar", "Styarnan", "Hafnarfyordur" (hamısı İslandiya), KuPS, "İlves", "Lahti" (hamısı Finlandiya), "Dandalk", "Şemrok Rovers", "Derri Siti" (hamısı İrlandiya), "Çixura", "Dinamo" Tiflis, "Samtredia" (hamısı Gürcüstan), "Liepaya", "Riqa", "Ventspils" (hamısı Latviya), "Levadiya", "Kalyu" (hər ikisi Estoniya), "Stumbras", "Jalgiris" (hər ikisi Litva)
* - ölkə kubokunu qazanacaq komanda turnirə II təsnifat mərhələsindən başlayacaq.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !