Bunu Trend-ə açıqlamasında Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) İnformasiya və ictimaiyyətlə əlaqələr departamentinin rəhbəri Firuz Abdulla deyib.
Onun sözlərinə görə, hazırda Bakı Olimpiya Stadionu "Çelsi" - "Arsenal" oyununu izləmək üçün 63 min nəfər azarkeşi qəbul etməyə hazırdır: "Stadion 68 min nəfərə yaxın azarkeş tutumludur. Lakin final oyunu ilə bağlı UEFA bəzi dəyişikliklər edib. Stadionda studiyalar qurulub, xüsusi yerlər yaradılıb. Ona görə də hazırda stadion 63 min nəfər azarkeş qəbul edə biləcək".
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !