Avroliqanın finalı ilə bağlı Bakı Olimpiya Stadionunun tamaşaçı tutumu azaldıldı - SƏBƏB?

23:00 | 27.05.2019
Avroliqanın finalı ilə bağlı Bakı Olimpiya Stadionunun tamaşaçı tutumu azaldıldı - SƏBƏB?

Avroliqanın finalı ilə bağlı Bakı Olimpiya Stadionunun tamaşaçı tutumu azaldıldı - SƏBƏB?

Bakı Olimpiya Stadionunda Avropa Liqasının final oyununa ciddi hazırlıq işləri davam etdirilir.

Bunu Trend-ə açıqlamasında Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) İnformasiya və ictimaiyyətlə əlaqələr departamentinin rəhbəri Firuz Abdulla deyib.

Onun sözlərinə görə, hazırda Bakı Olimpiya Stadionu "Çelsi" - "Arsenal" oyununu izləmək üçün 63 min nəfər azarkeşi qəbul etməyə hazırdır: "Stadion 68 min nəfərə yaxın azarkeş tutumludur. Lakin final oyunu ilə bağlı UEFA bəzi dəyişikliklər edib. Stadionda studiyalar qurulub, xüsusi yerlər yaradılıb. Ona görə də hazırda stadion 63 min nəfər azarkeş qəbul edə biləcək".

Xatırladaq ki, mayın 29-da Bakıda keçiriləcək UEFA Avropa Liqasının final matçında 30 mindən çox əcnəbi azarkeş iştirak edəcək. Azarkeşlər Bakıya xüsusi çarter reysi ilə gətiriləcək.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM