Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin hərbi həll yolu mövcud deyil.
Trend-in məlumatına görə, bu barədə "Avronest” Parlament Assambleyası Bürosunun müraciətində deyilir.
Avropa Parlamentinin və Azərbaycan, Ermənistan, Gürcüstan, Moldova və Ukrayna parlamentlərinin nümayəndə heyəti rəhbərlərindən ibarət "Avronest” Parlament Assambleyası Bürosu noyabrın 24-də Brüsseldə "Şərq tərəfdaşlığı” sammitində iştirak edəcək dövlət və hökumət başçılarına müraciət yayımlayıb.
Müraciətdə deyilir: "Biz Dağlıq Qarabağ münaqişəsinin həll olunması üçün Ermənistan və Azərbaycan qoşunları arasında hərbi əməliyyatların qısa zamanda dayandırılmasını tələb edirik. Bu münaqişənin hərbi həll yolu mövcud deyil. Münaqişə substantiv danışıqların bərpası, etimadın möhkəmlənməsi üçün tədbirlərin görülməsi və dialoqun keçirilməsi yolu ilə həll olunmalıdır”.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !