Deputat: Belə tədbirlərdə təhlükəsizlik dövlət tərəfindən təmin edilir.
Azərbaycan Avronest Parlament Assambleyasının (Avropa İttifaqının "Şərq tərəfdaşlığı” proqramının məşvərət qurumu) sentyabrın 20-də Bakıda keçiriləcək iclasında iştirak üçün qurumun üzv dövlətlərinə, o cümlədən Ermənistana dəvət göndərib.
Bunu "Report”a açıqlamasında Azərbaycanın Avronest PA-dakı nümayəndə heyətinin üzvü, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini Rövşən Rzayev deyib.
O bildirib ki, Ermənistanın iclasda iştirakı ilə bağlı qərarı məlum deyil: "Onlar Bakıya gəlmələri normal haldır. Gəlməzlərsə də, özləri bilərlər”.
Deputat vurğulayıb ki, belə tədbirlərdə təhlükəsizlik dövlət tərəfindən təmin edilir.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !