"Report"un Azərbaycan Mərkəzi Bankına istinadən verdiyi xəbərə görə, bu gün dolların məzənnəsi 1,0470 AZN/USD, avronun məzənnəsi isə 1,1994 AZN/EUR səviyyəsində müəyyənləşdirilib.
Qeyd edək ki, fevralın 21-də həyata keçirilən devalvasiyadan sonra Azərbaycanda dolların minimal məzənnəsi mayın 18-də (1,0471 AZN/USD), maksimal məzənnəsi isə aprelin 13-də (1,0537 AZN/USD) qeydə alınıb.
Vahid Avropa valyutasının minimal rəsmi məzənnəsi aprelin 16-da (1,1016 AZN/EUR), maksimal isə mayın 18-də (1,1969 AZN/EUR) müşahidə olunub.
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !