Avropa 120 min qaçqına razılıq verdi

12:26 | 08.09.2015
Avropa 120 min qaçqına razılıq verdi

Avropa 120 min qaçqına razılıq verdi

Daxili müharibədən qaçaraq yurd-yuvalarından didərgin düşən qaçqınlarla bağlı Avropa Birliyi son qərarını açıqlayıb.

ANN.Az xarici ölkə mediasına istinadən xəbər verir ki, Avropa Komissiyasının qaçqınlarla bağlı planının detallar ortaya çıxıb. İspaniyanın "El Pais" qəzetinin yazdığına görə, Avropa Birliyi ölkələri iki il ərzində 120 min qaçqına qapılarını açacaq. Ən çox qaçqın qəbul edəcək ölkə Almaniya olacaq. Bu ölkə 31 min, Fransa 24 min, İspaniya 14 min qaçqın qəbul edəcək. 

İtaliya, Yunanıstan və Macarıstan kimi ölkələrdə düşərgələrdə gözləyən qaçqınlar da Avropa Birliyinin açıqlayacağı bu plana daxil ediləcək.

Dünən Fransa prezidenti il ərzində keçirdiyi iki irihəcmli mətbuat konfransından birini gerçəkləşdirib. Bu tədbirdə o, Fransa üzərinə düşən 24 min qaçqını qəbil edəcəyini bəyan edib.

Merkel də qaçqınlarla bağlı ilk açıqlamasını verib: "Həftə sonu ölkəyə daxil olan qaçqınların sayı 20 mini ötüb. Yaşadığımız bu durum ölkəmizi dəyişdirəcək. Bu dəyişikliyin müsbət istiqamətə yönlənməsini niyyət edirik və inanıram ki, bunun öhdəsindən gələcəyik".

İspaniya xarici işlər naziri Jose Manuel Qarsia-Marqallo "iqtisadi yüklənməyə rəğmən qaçqınları qəbul edəcəyik" - bəyan edib.

Qeyd edək ki, 2015-ci ilin 8 ayı ərzində Aralıq dənizi vasitəsilə Avropaya gedən qaçqınların sayı 350 mini keçib.


www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti