Avropa bankı Azərbaycan şirkətinə kredit ayırıb

18:07 | 02.12.2022
Avropa bankı Azərbaycan şirkətinə kredit ayırıb

Avropa bankı Azərbaycan şirkətinə kredit ayırıb

Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) Azərbaycanın "Gemza Group” MMC-yə  üç müasir anbarın tikintisi üçün 5,6 milyon avro məbləğində kredit ayırıb.  Bu barədə AYİB saytı məlumat verib. 

"Layihə şirkətin yeni biznes xəttini genişləndirməsinə və gəlirlərinin şaxələndirilməsinə kömək edəcək”, - AYİB vurğulayırb

Layihənin dəyəri 19,1 milyon avrodur. 

Bu, AYİB-in Gemza Group-a verdiyi ikinci kreditdir. 2021-ci ilin dekabrında tərəflər "Gemza Group” MMC-nin dövriyyə kapitalına və əsaslı məsrəflərə (CAPEX) ehtiyaclarının ödənilməsinə yönəlmiş 8 milyon avro məbləğində kredit haqqında saziş imzalayıblar.

2005-ci ildə təsis edilmiş "Gemza Group” MMC törəmə müəssisələri vasitəsilə neft-qaz sənayesi üçün fırlanan avadanlıqların (nasoslar, siyirtmələr və s.) idxalını həyata keçirir, ehtiyat hissələrinin istehsalı ilə məşğul olur və bu avadanlıqların Azərbaycanda, MDB ölkələrində, BƏƏ və Türkiyəyə ixrac edir.

Azərbaycan 1992-ci ildən AYİB-in üzvüdür. Əməkdaşlıq dövründə bank 184 layihənin həyata keçirilməsi üçün Azərbaycana 3,8 milyard avroya yaxın kreditin ayrılmasını təsdiqləyib. Hazırda bankın Azərbaycandakı aktiv portfelinə 32 layihə daxildir və bu layihəyə 881 milyon avro ayrılıb.
 
N.Təbrizli

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM