Növbəti 3 il ərzində Avropa Birliyi Ermənistanda özəl sektor, dövlət administrasiyası və ədliyyə islahatlarına 140-170 milyon avro ayıracaq.
Müvafiq sənədlər noyabrın 3-də Brüsseldə Avropa Qonşuluq və Genişlənmə Danışıqları üzrə Komissarı Johannes Hahn və Ermənistanın İqtisadiyyat naziri Karen Chshmaritian tərəfindən imzalanıb.
Hahn deyib ki, AB və Ermənistan qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlığı davam etdirmək istəyirlər. O, Brüsselin Ermənistanda islahatları dəstəkləyəcəyini bildirib.
Chshmaritian AB-yə Ermənistanın mövqeyini dəstəklədiyinə görə təşəkkür edib, vurğulayıb ki, Yerevan ticarət və sərmayələr, iqtisadiyyatın bütün sahələrində islahatların həyata keçirilməsində əməkdaşlığı davam etdirmək istəyir.
AzadlıqRadiosunun erməni xidməti bildirir ki, bu, Yerevan 2013-cü ildə Rusiyanın rəhbərlik etdiyi Avrasiya İqtisadi Birliyinə qoşulmağa qərar verəndən sonra AB ilə Ermənistan arasında imzalanmış ən mühüm sənəddir.
Azadliq.org