Ketrin Eşton: "İsrail dövləti, Fələstin ərazilərində məskunlaşma prossesini dayandırmalıdı"
Avropa Birliyi (AB) İsraillə bağlı bəyanat verib. ANS PRESS-in Birliyin saytına istinadən verdiyi məlumata görə, bəyanatı Avropa Komissiyasının sədr müavini Ketrin Eşton imzalayıb. Bəyanatda İsailin yenidən Şərqi Qüdsə girişindən narahatçılıq ifadə olunub:
“Mən İsrailin yenidən Şərqi Qüdsə girişi planlaşdırdığını eşitdim və çox narahat oldum. Buradakı yaşayış məntəqələri beynəlxalq hüquqa zidd olaraq inşa edilib”.
Ketrin Eşton qeyd edib ki, AB, İsrail dövlətini bu ərazilərdə məskunlaşma prossesini dayandırmağa çağırır:
“AB israillilər və fələstinlilər arasında sülh sazişinin imzalanmasına tam dəstək olmağa hazırdır”.
ANS PRESS
Bizi sosial şəbəkələrdə izləyin !