Avropa Birliyi Türkiyə ilə viza rejimini ləğv edə bilər

18:26 | 05.10.2015
Avropa Birliyi Türkiyə ilə viza rejimini ləğv edə bilər

Avropa Birliyi Türkiyə ilə viza rejimini ləğv edə bilər

Avropa Birliyi Türkiyə vətəndaşları üçün viza rejimini ləğv edə bilər.

Modern.az Rusiyanın "Ria Novosti” agentliyinə istinadla xəbər verir ki, Brüssel Ankara qarşısında irəli sürdüyü şərtlərin icrası halında bu addımı atacaq.

"Avropa Birliyi Türkiyənin Yunanıstanla birgə Egey dənizinin şərqində birgə patrul aparmasına və Türkiyədə miqrantların qəbulu və qeydiyyatı ilə məşğul olacaq, amma Avropa Birliyinin idarəsi edəcəyi 6 mərkəzin açılmasına razılıq verəcəyi halda viza rejimini ləğv edəcək”, - diplomatik mənbə agentliyə bildirib.  
Məlumata görə, təklif bu gün Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğanın Brüsselə başlayacaq 2 günlük səfəri zamanı müzakirə olunacaq. 

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM