Avropa Birliyi Ukrayna ilə münasibətlərinə son qoya bilər

20:31 | 23.01.2014
Avropa Birliyi Ukrayna ilə münasibətlərinə son qoya bilər

Avropa Birliyi Ukrayna ilə münasibətlərinə son qoya bilər

 Kiyevdə polisin nümayişçilərə atəş açması faktı təsdiqlənsə, Avropa Birliyi Ukrayna ilə rəsmi münasibətlərə son qoya bilər. APA – nın “BBC Ukrayna”ya istinadən verdiyi məlumata görə, belə bir bəyanatla Avropa Parlamentinin vitse-prezidenti Yatsek Protaseviç çıxış edib. “Ukraynadan gələn xəbərlər bizi şoka salır. Ukrayna ilə əlaqələrimiz daha əvvəlki kimi ola bilməz. Bu ölkə ilə dialoq təhlükə altındadır və bu gün dayandırıla bilər. Küçələrdəki qan hər şeyi dəyişir”, - deyə o vurğulayıb.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM