Ukraynadakı son hadisələr Avropa Birliyi tərəfindən sanksiyaların qəbuluna səbəb ola bilər.APA – nın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, belə bir bəyanatla Avropa Komissiyasının sədri Joze Manuel Barrozu çıxış edib. J. Barrozu qeyd edib ki, Kiyevdə müxalifətlə polis arasında baş verən toqquşmalar Brüssel-Kiyev münasibətlərinə təsir göstərə bilər. “Biz Ukraynada baş verənlərdən narahatlıq keçiririk. Ölkədəki vəziyyəti diqqətlə izləyəcəyik. Həmçinin Avropa Birliyi tərəfindən mümkün tədbirləri nəzərdən keçirəcəyik”, - deyə o vurğulayıb.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !