Avropa Birliyindən tarixi qərar

18:43 | 19.12.2014
Avropa Birliyindən tarixi qərar

Avropa Birliyindən tarixi qərar

Avropa Birliyinin ən yüksək məhkəmə orqanı olan Avropa Məhkəməsi artıq çəkidən əziyyət çəkən şəxslərlə bağlı qanun qəbul edib.

ANN.Az dünya mətbuatına istinadən xəbər verir ki, məhkəmə artıq çəkidən əziyyət çəkən kəslərin bu səbəbdən iş görə bilməyəcək vəziyyətə gəlmələri halında əngəllilərlə əlaqədar qanunla qoruna biləcəklərinə hökm edib. Qərar Avropa Birliyinə üzv bütün ölkələrdə məcburi xarakter daşıyır.

Qeyd edək ki, danimarkalı Karsten Kaltoft işinə həddindən artıq çəkili olduğu üçün son verildiyini söyləyərək ölkəsində iddia qaldırmışdı.

Avropa Məhkəməsi də Kaltoftun artıq çəkidən əziyyət çəkənlər kateqoriyasına salınıb-salınmayacağına Danimarka məhkəmələrinin qərar verməsi lazım olduğunu bildirib.

ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM