Anews.az xəbər verir ki, F qrupunda hər şey formal xarakter daşıyacaq. Belə ki, bu qrupdan Danimarkanın mundialda, Şotlandiyanın isə dünya çempionatına çıxmaq üçün pley-offda iştirak edəcəyi daha öncədən müəyyənləşib.
Gecənin əsas görüşləri isə Şimali İrlandiya – İtaliya, İsveçrə – Bolqarıstan, San Marino – İngiltərə və Polşa – Macarıstan matçları olacaq. Çünki bu matçlardan sonra hansı iki komandanın mundiala gedəcəyi, hansı iki komandanın pley-offda oynayacağı bilinəcək.
C qrupundan fərqli olaraq, İngiltərənin səfərdə cırtdan milliyə qalib gəlib mundiala birbaşa vəsiqə qazanacağı ehtimal edilir. San Marino sensasiya edib ingilisləri məğlub etsə belə, top fərqi ilə son Avropa çempionatının finalçısı mundiala vəsiqə qazana bilər. Avropa çempionu İtaliya isə eyni xala malik olan İsveçrə ilə arasındakı iki top fərqli üstünlüyü qorumaq üçün mümkün qədər rəqibinə çox qol vurmalıdır.
DÇ-2022-nin seçmə mərhələsi
15 noyabr
C qrupu
23:45 Şimali İrlandiya – İtaliya
23:45 İsveçrə – Bolqarıstan
F qrupu
23:45 İsrail – Farer adaları
23:45 Şotlandiya – Danimarka
23:45 Avstriya – Moldova
I qrupu
23:45 San Marino – İngiltərə
23:45 Albaniya – Andorra
23:45 Polşa – Macarıstan
Qeyd edək ki, daha əvvəl Avropa zonasından Almaniya, Danimarka, Belçika, Fransa, Xorvatiya, Serbiya və İspaniya yığmaları DÇ-2022-yə vəsiqə qazanıb. Pley-off mərhələsində isə Portuqaliya, İsveç, Şotlandiya, Rusiya və Şimali Makedoniya millilərinin çıxış edəcəkləri dəqiqləşib.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !