Avropa çempionatında tarixi nailiyyət

16:15 | 02.06.2014
Avropa çempionatında tarixi nailiyyət

Avropa çempionatında tarixi nailiyyət

Serbiyanın paytaxtı Belqradda akademik avarçəkmə üzrə Avropa çempionatına yekun vurulub. Azərbaycan milli komandası yarışı 1 gümüş medalla başa vurub. Azərbaycan Milli Avarçəkmə Federasiyasının mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, həmin medala 2 nəfərlik qoşa avarlı qayıqla (M2X) 2000 metr məsafəyə yürüşdə Aleksandr Aleksandrov - Boris Yotov dueti sahib olub. Onlar final yürüşündə məsafənin 1500 metrlik bölümündə hamıdan öndə olsalar da, sonda 6 dəqiqə 9,36 saniyə nəticə ilə 2-ci yeri tutublar. Bununla belə, 24 yaşlı Aleksandrov və cəmi 18 yaşı olan Yotovdan ibarət duetimiz ilk dəfə Avropa çempionatında fəxri kürsüyə çıxıb.Qızıl medala 6 dəqiqə 8,82 saniyə nəticə ilə Rolandas Maskinskas - Saulius Ritter (Litva), bürünc medala isə 6 dəqiqə 10,09 saniyə göstəriciyə malik Hans Qruhne - Stefan Krüger (Almaniya) dueti yiyələnib.Qeyd edək ki, Azərbaycan ümumi komanda hesabında medal qazanan 19 ölkə arasında 17-ci olub.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti