Azərbaycan yeni qaz hasilatı və tədarükü proqramını hazırlayır.
"APA-Economics”in məlumatına görə, bunu bu gün Azərbaycanın energetika naziri Natiq Əliyev bu gün Bakıda keçirilən "Caspian Oil&Gas 2015" konfransında bildirib.
Onun sözlərinə görə, hazırda Avropa enerji resurslarının çatışmazlığından ciddi şəkildə narahatdır: "Buna səbəb Ukrayna ilə Rusiya arasında yaranan münaqişədir. Çünki Rusiya Avropa ölkələrinə enerji resursları tədarük edən əsas ölkədir. Məhz buna görə, Azərbaycan enerji potensialı Avropa üçün əhəmiyyətlidir".
Nazir qeyd edib ki, 2014-cü ildə Azərbaycanda 42 mln. ton neft, 29 mlrd. kubmetr təbii qaz hasil edilib. O, əlavə edib ki, Azərbaycan neft hasilatını stabil saxlamaq niyyətindədir.
"Biz hətta bu rəqəmi artıraraq 45 milyon tona çatdırmaq niyyətindəyik. Qaz hasilatını isə 2 dəfə artırmaq istəyirik. Bunun əsasında biz yeni proqramın reallaşdırılmasına start verəcəyik”, - deyə nazir bildirib.
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !