Avropa Ermənistan vətəndaşları üçün viza rejimini asanlaşdıracaq

14:03 | 23.02.2024
Avropa Ermənistan vətəndaşları üçün viza rejimini asanlaşdıracaq

Avropa Ermənistan vətəndaşları üçün viza rejimini asanlaşdıracaq

Avropa Parlamenti gələn həftə Ermənistanla viza rejiminin liberallaşdırılması məsələsini müzakirə edəcək. Bu barədə Ermənistan mətbuatına Avropa Parlamentinin Almaniyadan olan üzvü Viola fon Kramon məlumat verib.

O qeyd edib ki, Avropa Parlamenti gələn həftə Ermənistanla viza rejiminin liberallaşdırılması məsələsini müzakirə edəcək və hazırda bu ölkənin vizanın liberallaşdırılması məsələsində irəliləyişə nail olmaq şansı var.

Eyni zamanda, Aİ-yə üzv olan bəzi ölkələrdə Ermənistanla viza rejiminin sadələşdirilməsi ilə bağlı narahatlıqların olduğu qeyd edilir.
 
Hazırda keçmiş SSRİ ölkələri arasınd Moldova, Ukrayna və Gürcüstanın Avropa ölkələrinə girişi liberallaşdırılb. Digər ölkə vətəndaşları , o cümlədən Azərbaycan vətəndaşları Avropa məkanına ancaq viza ilə daxil ola bilirlər.
 
Ermənistanla bağlı liberallaşma tədbiri görülsə bu ölkə keçmiş SSRİ ölkələri arasında belə imtiyaza malik dprdüncü ölkə olacaq. 
 
N.Təbrizli

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM