Avropa Gənclər Forumunun Bakıdakı iclası başa çatdı - FOTO

11:50 | 02.09.2014
Avropa Gənclər Forumunun Bakıdakı iclası başa çatdı - FOTO

Avropa Gənclər Forumunun Bakıdakı iclası başa çatdı - FOTO

Bakı şəhərində təşkil olunan Avropanın ən böyük gənclər platforması olan Avropa Gənclər Forumunun (AGF) idarə heyətinin iclası başa çatıb. Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasından ANN.Az-a verilən məlumata görə, tədbirdə Avropa Gənclər Forumunun prezidenti Piter Matyaşiç, təşkilatın baş katibi vəzifəsinə yeni seçilmiş Allan Pall, idarə heyətinin üzvləri və katibliyinin yüksək dərəcəli nümayəndələri iştirak edib.İdarə heyətinin iclası zamanı Avropa Gənclər Forumunun rüb üzrə fəaliyyət hesabatı dinlənilib. Hesabat dövrü ərzində Foruma daxil olan yerli və beynəlxalq təşkilatlarla əməkdaşlıq, Forumun strategiyası çərçivəsində həyata keçirilən fəaliyyət və əldə olunmuş nailiyyətlər haqqında məlumat verilib. Hesabat dövrü üçün maliyyə hesabatı təqdim olunub. İdarə heyətinin iclasının gündəliyində duran əsas məsələlərdən biri də Avropa qitəsinə daxil olan ölkələrdə gənclərlə bağlı fəaliyyət istiqamətlərinin müəyyən edilməsi olub.Tədbir çərçivəsində həmçinin ARGTMŞ-nın rəhbərliyi və Avropa Gənclər Forumunun idarə heyəti arasında görüş keçirilib. Avropa Gənclər Forumunun prezidenti Piter Matyaşiç açılış nitqi ilə çıxış edib, ARGTMŞ-a tədbirə ev sahibliyi etdiyi üçün təşəkkür edib, ARGTMŞ-la görüşü zamanı Azərbaycanda böyük inkişaf müşahidə etdiyini vurğulayıb və idarə heyətinin üzvlərini təqdim edib.ARGTMŞ-nın sədri Şahin Seyidzadə qonaqları salamlayıb, iclas iştirakçılarına Azərbaycanda gənclərlə bağlı görülən işlər, Azərbaycan Gənclər Siyasəti, Azərbaycan Höküməti və BMT tərəfindən təşkil olunacaq “Gənclər Siyasəti üzrə 1-ci Qlobal Forum” haqqında məlumat verib və gələcəkdə də ARGTMŞ-nın bu tipli tədbirlərə ev sahibliyi etməyə hazır olduğunu vurğulayıb. Daha sonra ARGTMŞ-nın baş katibi Seymur Hüseynov tərəfindən iştirakçılara ARGTMŞ-nın yerli və beynəlxalq səviyyədə fəaliyyəti haqqında məlumat verilib və iştirakçıların sualları cavablandırılıb. Avropa Gənclər Forumunun vitse-prezidenti İlloyd Russell-moyle çıxışı zamanı ARGTMŞ-nın Afrika, Asiya və Latın Amerikası ölkələri ilə əməkdaşlığını yüksək qiymətləndirdiyini və bu əməkdaşlığın daha da dərinləşməsi üçün dəstək göstərməyə hazır olduqlarını bildirib. Avropa Gənclər Forumunun idarə heyətinin üzvü Sandra Kamilova ARGTMŞ-nın beynəlxalq səviyyədə gördüyü işləri müsbət qiymətləndirdiyini və onun təcrübəsindən digər təşkilatların yararlanmalı olduğunu vurğulayıb.Məlumat üçün qeyd edək ki, 2015-ci ilin payızında Avropa Gənclər Forumununa daxil olan 99 yerli və beynəlxalq təşkilatların nümayəndələrindən ibarət 300 nəfər gəncin iştirakı ilə keçiriləcək olan Avropa Gənclər Forumu Üzvlərinin Toplantısının Azərbaycanda təşkil olunması planlaşdırılır.Xatırladaq ki, Avropa Gənclər Forumu Avropa ölkələrinin Gənclər Təşkilatlarının Milli Şuraları və beynəlxalq təşkilatlardan ibarət 99 təşkilatı birləşdirir və 10 milyona yaxın gənci əhatə edir, onların maraqlarını təmsil edir. Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası 1997-ci ildən Forumun tamhüquqlu üzvü və Azərbaycanı Forumda rəsmi olaraq təmsil etmək hüququna malik yeganə təşkilatdır. İdarə heyətinin iclasının Avropa Gənclər Forumunun tamhüquqlu üzvü olan Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının (ARGTMŞ) beynəlxalq səviyyədə uğurlu fəaliyyətinin nəticəsi olaraq Azərbaycanda keçirilməsi qərara alınıb. Tədbir Avropa Şurasının 2014-cü ilin noyabr ayında baş tutuacaq hesabat seçki konfransı ərəfəsində həyata keçirilən Avropa Gənclər Forumunun idarə heyətinin son iclasıdır.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM