• $ 1.7
  • € 1.7774
  • ₽ 1.8994
  • ₺ 0.047
  • £ 2.1344

Avropa İttifaqı Azərbaycanla üç əsas istiqamətdə əməkdaşlıq edəcək

Avropa İttifaqı Azərbaycanla üç əsas istiqamətdə əməkdaşlıq edəcək
08.01.2014 20:00

Malena Mard Azərbaycanla əməkdaşlığın əsas sahələrini açıqlayıb

Avropa Birliyinin Azərbaycandakı nümayəndəliyinin yeni təyin olunmuş rəhbəri Malena Mard yaxın perspektiv üçün Azərbaycanla əməkdaşlığın əsas sahələrini açıqlayıb. M. Mard bildirib ki, AB Azərbaycanla üç əsas istiqamət üzrə əməkdaşlıq etməyi planlaşdırır - qanunun aliliyi, regional inkişaf və təhsil: 

“Biz Azərbaycanla təhsil sahəsində əməkdaşlığı möhkəmləndirmək istəyirik. Daha əvvəl biz Azərbaycanla bu sahədə əsaslı şəkildə əməkdaşlıq etməmişdik. Biz Azərbaycan tərəfi ilə təhsil sahəsində daha sıx əməkdaşlıq etmək barədə razılığa gəlmişik”. 

M. Mard qeyd edib ki, nümayəndəlik peşəkar təlimlərin keçirilməsi, universitetlər arasında tələbə mübadiləsi sahəsində əməkdaşlığın möhkəmləndirilməsi, məktəbəqədər hazırlıq sahələrində əməkdaşlığı gücləndirmək niyyətindədir.

Xatırladaq ki, M. Mard ötən ilin sonunda Azərbaycana gəlib. O, Avropa Birliyinin Azərbaycandakı nümayəndəliyinin rəhbəri vəzifəsində Roland Kobianı əvəz edib.

APA

Oxşar xəbərlər
Oxşar xəbərlər
Əli Əsədov İrana gedib
Siyasət 18:35
Əli Əsədov İrana gedib
Azərbaycanın Suriyadakı səfirliyi fəaliyyətini bərpa edib
Siyasət 17:40
Azərbaycanın Suriyadakı səfirliyi fəaliyyətini bərpa edib
Prezident öz sözçüsünü vəzifəsindən azad edib - Sərəncam
Siyasət 17:01
Prezident öz sözçüsünü vəzifəsindən azad edib - Sərəncam
Fazil Mustafaya qarşı sui-qəsdə cəhd edənlərin vəsatəti təmin olunmayıb
Siyasət 14:35
Fazil Mustafaya qarşı sui-qəsdə cəhd edənlərin vəsatəti təmin olunmayıb
Ceyhun Bayramov “Serbiya Bayrağı” ordeni ilə təltif olunub
Siyasət 17:15
Ceyhun Bayramov “Serbiya Bayrağı” ordeni ilə təltif olunub
Azərbaycan XİN Litvanı təbrik edib
Siyasət 16:21
Azərbaycan XİN Litvanı təbrik edib
Tehranda Üçüncü Xəzər İqtisadi Forumu keçiriləcək
Siyasət 14:29
Tehranda Üçüncü Xəzər İqtisadi Forumu keçiriləcək
Prezident litvalı həmkarını təbrik edib
Siyasət 11:20
Prezident litvalı həmkarını təbrik edib
Ceyhun Bayramov Serbiyaya gedib
Siyasət 10:11
Ceyhun Bayramov Serbiyaya gedib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol