Avropa İttifaqı 3 rusiyalı iş adamını saksiyalardan azad edib

14:48 | 14.09.2023
Avropa İttifaqı 3 rusiyalı iş adamını saksiyalardan azad edib

Avropa İttifaqı 3 rusiyalı iş adamını saksiyalardan azad edib

Avropa İttifaqı rusiyalı iş adamları Qriqori Berezkin, Aleksandr Şulqin və Fərhad Əhmədovu sanksiya siyahısından çıxarıb. Bu barədə Aİ-nin rəsmi sənədində deyilir.

Avropa İttifaqı bu şəxslərə qarşı sanksiyaları uzatmayıb, məhdudiyyətlər sentyabrın 15-də başa çatıb.

"İttifaqın Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsinin təklifini nəzərə alaraq daha üç şəxs haqqında yazılar bu əlavədən çıxarılsın”, - sənəddə rusiyalı iş adamlarının adları daha sonra qeyd edilir.


Sentyabrın 6-da məlum olub ki, Avropa İttifaqı Məhkəməsi "Ozon”un keçmiş rəhbəri Aleksandr Şulqinə qarşı sanksiyaları ləğv edib. Qərar iki aydan sonra qüvvəyə minəcək və bu müddət ərzində Aİ Şurası apellyasiya şikayəti verə bilər. 

Bundan əvvəl ABŞ Maliyyə Nazirliyi Rusiyaya qarşı sanksiyaları genişləndirib.
 
Rusiya Ukrayna müharibəsi fonunda Avropa və Amerika Rusiyaya və iş adamlarına qarşı bir çox sərt sanksiyalar tətbiq edib. 
 
Gülnar 

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM