“Avropa İttifaqı Azərbaycandakı islahatları dəstəkləyir”

18:59 | 02.02.2016
“Avropa İttifaqı Azərbaycandakı islahatları dəstəkləyir”

“Avropa İttifaqı Azərbaycandakı islahatları dəstəkləyir”


Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Malena Mard "Caspian Energy İnternational Media Group”un prezidenti və baş redaktoru Natalya Əliyevanı və "Caspian Energy”nin nümayəndə heyətini qəbul edib.
 
Görüş zamanı "Caspian European Club” (Caspian Business Club) və "Caspian Energy İnternational Media Group” çərçivəsində əməkdaşlıqla bağlı müxtəlif mövzulara, informasiya səviyyəsində əlaqələrin genişləndirilməsi imkanlarına toxunulub.
 
CBC-dan APA-ya verilən məlumata görə, M. Mard deyib ki, Cənub Qaz Dəhlizi Aİ üçün prioritet təşkil edir: "Biz 2020-ci ildə Azərbaycan qazını alacağımıza ümid edirik. Bundan əlavə, əldə olan məlumatlara görə, TANAP layihəsinin həyata keçirilməsi nəzərdə tutulmuş qrafiki qabaqlayır”.
 
M. Mard Avropa şirkətlərinin Azərbaycan şirkətləri ilə yüksək əməkdaşlıq potensialından da danışıb. Onun sözlərinə görə, Azərbaycanla Aİ arasındakı yaxın və sıx əlaqələr ilbəil daha da inkişaf edir.
 
M. Mard Aİ-nin prezident İlham Əliyev tərəfindən həyata keçirilən islahatları, o cümlədən ölkə iqtisadiyyatının diversifikasiyası istiqamətində atılan addımları dəstəklədiyini və özəlləşdirmənin inkişafını diqqətlə izlədiyini söyləyib. Səfir Avropa şirkətlərinin bu baxımdan Azərbaycanda böyük rol oynaya biləcəklərini vurğulayıb.  
 
Diplomat kənd təsərrüfatı və yüksək keyfiyyətli məhsulların Avropa bazarına çıxarılması üzrə əməkdaşlığın böyük potensialı olduğunu qeyd edib: "Bu istiqamətdə Kənd Təsərrüfatı Nazirliyi ilə ardıcıl işlər aparılır. Azərbaycan yüksək keyfiyyətli məhsullara sahib olsa da, distribütorluq sisteminin inkişafı üzrə işləri sürətləndirmək qaçılmazdır”.
 
Görüşün sonunda M. Mard "Caspian Energy” jurnalına eksklüziv müsahibə verib.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM