Avropa İttifaqı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və BRİKS sammitinə qatılmaq üçün Kazana gələn digər Avropa İttifaqına üzvlük üçün namizəd ölkələrin liderlərindən Avropa İttifaqının kursuna uyğun olaraq Rusiyanın təcrid olunmasında iştirak etmələrini gözləyir. Bu barədə Aİ-nin xarici siyasət xidmətinin nümayəndəsi Peter Stano bəyan edib.
"...Biz Avropa İttifaqına üzv olmaq üçün namizəd olan bütün ölkələrdən Aİ dəyərlərinə tam uyğun hərəkət etmələrini və Avropa İttifaqının Rusiyanın təcrid olunmasına yönəlmiş xarici siyasət çərçivəsində fəaliyyət göstərmələrini gözləyirik", - Stano bildirib.
Onun sözlərinə görə, Brüssel bu məqamı "bu ölkələrlə ikitərəfli əlaqələrdə” vurğulamaq niyyətindədir. Eyni zamanda, Stano qeyd edib ki, "Türkiyə və digər namizəd ölkələrin liderləri, əlbəttə ki, istədikləri yerə gedə bilərlər.”
Aytac
www.anews.az