Avropa İttifaqı Çin, Türkiyə və Hindistan şirkətlərinə sanksiya tətbiq edib

17:10 | 23.02.2024
Avropa İttifaqı Çin, Türkiyə və Hindistan şirkətlərinə  sanksiya tətbiq edib

Avropa İttifaqı Çin, Türkiyə və Hindistan şirkətlərinə sanksiya tətbiq edib

Avropa İttifaqı Şurası Rusiyaya qarşı 13-cü sanksiyalar paketinin bir hissəsi olaraq Çin, Hindistan, Serbiya, Qazaxıstan, Tailand, Türkiyə və Şri-Lankadan olan şirkətlərə Rusia ilə idxal və ixrac əməliyyatları həyata keçirdiyi üçün məhdudiyyətlər qoyub.

"Şura Ukraynaya qarşı aqressiv müharibədə Rusiyanın hərbi-sənaye kompleksini birbaşa dəstəkləyənlər siyahısına 27 hüquqi şəxsin adını əlavə edib. Onlar ikili təyinatlı mallar və texnologiyalar üzrə daha sərt ixrac məhdudiyyətlərinə məruz qalacaqlar”, - Aİ Şurasının press-relizində deyilir.

Bura dörd Çin şirkəti, o cümlədən Hindistan, Şri-Lanka, Serbiya, Qazaxıstan və Türkiyədə çalışan  şirkətlər daxildir. . Aİ Şurası bildirir ki,  bu strukturlar məhdudiyyətlərdən yan keçərək Rusiya hərbi sənayesini və silahlı qüvvələrini dəstəkləyib.

"Bu günkü qərara uyğun olaraq, Rusiya müdafiə və təhlükəsizlik sektorunun texnoloji inkişafına töhfə verə biləcək qadağan olunmuş malların siyahısı genişlənir və pilotsuz uçuş aparatlarının inkişafı və istehsalı üçün komponentlər əlavə olunur", - press-relizdə qeyd olunub.

Aİ, elektrik transformatorları kimi "Rusiyanın sənaye potensialının inkişafına" töhfə verən malların ixracına əlavə məhdudiyyətlər tətbiq edib. 
 
Sanksiyalar Rusiyadan olan 106 fiziki və 88 hüquqi şəxsə şamil olunacaq.
 
Beləliklə, onların tabeliyində artıq 2 minə yaxın insan və müəssisə olacaq. Bəyanatda deyilir ki, bu gün razılaşdırılmış siyahılar ilk növbədə hərbi və müdafiə sektorlarına və "onlarla əlaqəli şəxslərə, o cümlədən Şimali Koreyanın Rusiyaya silah tədarükündə iştirak edənlərə” yönəlib.
 
N.Təbrizli

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM