Avropa İttifaqı İrana qarşı sanksiyaları uzadıb

15:05 | 15.07.2024
Avropa İttifaqı İrana qarşı sanksiyaları uzadıb

Avropa İttifaqı İrana qarşı sanksiyaları uzadıb

Avropa İttifaqı Rusiyanı dəstəklədiyinə, eləcə də Tehranın Yaxın Şərq və Qırmızı dəniz regionunda sabitliyi pozduğuna görə İrana qarşı sanksiyaları bir il müddətinə uzadıb. Bu barədə Aİ Şurasının bəyanatında deyilir.

Sənəddə qeyd olunur ki, Aİ Şurası Ukraynaya hərbi müdaxilənin bir hissəsi kimi Rusiyaya dəstək verdiyinə və "Yaxın Şərqdə və Qırmızı dəniz regionunda silahlı qruplara və milislərə dəstək verdiyinə görə” İrana qarşı sanksiyaları 2025-ci il iyulun 27-dək uzadıb.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM