Avropa İttifaqı Rusiyanı ukraynalı uşaqları geri qaytarmağa çağırıb

14:12 | 02.06.2023
Avropa İttifaqı Rusiyanı ukraynalı uşaqları geri qaytarmağa çağırıb

Avropa İttifaqı Rusiyanı ukraynalı uşaqları geri qaytarmağa çağırıb

Avropa İttifaqı (Aİ) Rusiyanı Ukraynadan qaçırılan uşaqları ailələrinə qaytarmağa çağırıb. Bu barədə Avropa İttifaqı Komissiyasının demoqrafiya üzvü Dubravka Suica, Ukraynanın Sosial Siyasət naziri Oksana Jolnoviç və Aİ-nın dönəm prezidenti İsveçin paytaxtı Stokholmda keçirilən "Ukraynalı uşaqların müdafiəsi və Aİ dəstəyi” mövzusunda yüksək səviyyəli toplantıdan əvvəl mətbuata açıqlamasında bildirib.

"Rusiyanın hərbi cinayətlər siyahısına əlavə edilən ukraynalı uşaqların qanunsuz deportasiyasını və köçürülməsini qətiyyətlə pisləyirik. Biz Rusiyanı Ukraynadan qaçırılan uşaqları qaytarmağa səsləyirik. Təxminən 1,3 milyon ukraynalı uşaq Aİ-yə sığınıb. Aİ Ukraynaya uşaq baxımı islahatlarında dəstək verəcək və bunun üçün 10 milyon avro ayrılıb", - Suica deyib. 

Ukraynanın sosial siyasət naziri Jolnoviç dediyinə görə 16 minə yaxın ukraynalı uşağı Rusiya qaçırıb.

Məlumata görə, 7 milyon uşaq müharibədən təsirlənib, onlardan 300-ə yaxını ailələrinə qaytarılıb. 

Xalidə Elşənqızı

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM