Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel səfər edib

10:51 | 19.01.2023
Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel səfər edib

Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel səfər edib

Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel Ukraynanın paytaxtı Kiyevə yola düşüb. Bu barədə o "Tvitter" hesabında yazıb.
 
O bildirib ki, Ukraynanın Aİ-nin dəstəyinə ehtiyacı var.

"Kiyevə gedirəm. Ukraynalılar öz torpaqları, övladlarının gələcəyi üçün mübarizə aparırlar. Lakin onlar həm də bizim ümumi Avropa dəyərlərimiz olan sülh və firavanlıq uğrunda da mübarizə aparırlar. Onlar bu dəstəyə layiqdirlər”,- yazıda qeyd olunub.
 
İngiltərənin keçmiş baş naziri Boris Conson yaxın aylarda Kiyevə səfər etmək istədiyini bildirib. 

Consonun Vladimir Zelenski ilə görüşmək niyyətində olduğu açıqlanıb.
 
Fevralın 24-dən Rusiya prezidenti Putin Ukraynada hərbi əməliyyat keçirməsi barəsinə fərman imzalayıb. Bu gün iki ölkə arasında 330 gündür müharibə davam edir. Müharibə nəticəsində Ukraynyanın bir çox şəhərləri dağıdılıb. 8 milyondan çox vətəndaş qaçqın düşüb. Müharibədən sonra Amerika və Avropanın bir çox ölkəsi Rusiyaya qarşə sərt sanksiyalar tətbiq edib. 
 
Putin son açıqlamarında bildirib ki, 2023-cü il müharibəni ən qısa zamanda bitirmək niyyətindədir.
 
Aytac 



www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb