Avropa İttifaqı Şurasının sədri Gürcüstana səfəri təxirə salındı

22:00 | 13.07.2015
Avropa İttifaqı Şurasının sədri Gürcüstana səfəri təxirə salındı

Avropa İttifaqı Şurasının sədri Gürcüstana səfəri təxirə salındı

O, iyulun 14-dən 16-dək Gürcüstan və Ermənistana səfər edəcəkdi

Avropa İttifaqı (Aİ) Şurasının sədri Donald Tuskun Gürcüstana səfəri təxirə salınıb.

"Report" xəbər verir ki, bu haqda Gürcüstanın "Rustavi 2" televiziyası məlumat yayıb.

Gürcüstan prezidenti Georgi Marqvelaşvilinin dəvəti ilə Donald Tusk iyulun 14-də Tbilisiyə ikigünlük səfər etməli idi.

Məlumata görə, Yunanıstandakı vəziyyətlə bağlı səfər təxirə salınıb.
Gürcüstan Prezidenti Administrasiyasının başçısı bildirib ki, səfərin tarixi başqa vaxta dəyişdirilib. Amma o, səfərin dəqiq tarixini açıqlamayıb. 
Xatırladaq ki, Donald Tusk iyulun 14-dən 16-dək Gürcüstan və Ermənistana səfər edəcəkdi.  

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM