"Avropa İttifaqı Türkiyəyə 3 milyard avro ayıracaq"

23:50 | 12.11.2015

"Avropa İttifaqı Türkiyəyə 3 milyard avro ayıracaq"

Avropa İttifaqına üzv ölkələrin liderləri Valettedə keçirilən qeyri-rəsmi görüş zamanı Türkiyəyə 3 milyard avro vəsaitin ayrılması barədə razılıq əldə ediblər.

"Report" xəbər verir ki, bu barədə jurnalistlərə Çexiyanın baş naziri Boquslav Sobotka məlumat verib.

"Bu vəsait qarşıdakı iki il ərzində ayrılacaq və bu ölkədə olan qaçqınlara yardım üçün nəzərdə tutulub", - deyə o bildirib.

Baş nazirin sözlərinə görə, bu pullar əsasən, hər şeydən əvvəl Türkiyə ərazisində olan Suriya qaçqınlarının şəraitinin yaxşılaşdırılmasına yönəldiləcək.

"Avropa Komissiyası 2016-2017-ci illərdə lazımi vəsaiti tapmağa çalışacaq, başlıca olaraq, Aİ büdcəsində. Aİ-nin üzv dövlətləri də lazım olarsa, maliyyə işində iştirak edəcəklər", - deyə Sobotka bildirib.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM